“Google” bu xidməti bağlayır – Artıq köhnə şəkillər...
19 iyul 2023 13:20 (UTC +04:00)

“Google” bu xidməti bağlayır – Artıq köhnə şəkillər...

“Google” köhnə şəkillərin saxlanmasını təmin edən xidməti ləğv edir.

Lent.az xəbər verir ki, istifadəçilərin arxivdən onlar üçün dəyərli olan məlumatların ehtiyat nüsxəsini çıxarmaq üçün daha iki günü var.

Axtarış nəhəngi “Google” öz hesablarının istifadəçilərinə "Albom Arxivi" xidmətinin tezliklə bağlanacağını xatırladıb. Odur ki, istifadəçilər şirkət tərəfindən həmişəlik silinməzdən əvvəl arxivdən lazım olan məlumatların ehtiyat nüsxəsini çıxarıb, tələsməlidirlər.

Albom Arxivi bu çərşənbə, iyulun 19-dan sonra əlçatan olmayacaq.

 

# 8073
avatar

Sevinc Fərid

Oxşar yazılar