Ərəblərdən sonra Çin də Marsın orbitinə daxil oldu
11 fevral 2021 19:00 (UTC +04:00)

Ərəblərdən sonra Çin də Marsın orbitinə daxil oldu

Çinin aerokosmik elmlər və texnikalar üzrə korporasiyası keçən ilin yayında Mars səthinin incələnməsi üçün qırmızı planetə xüsusi aparat göndərmişdi.

Lent.az "technote"a istinadən xəbər verir ki, eniş platformasında yerləşən Mars aparatı və orbital uçuş aparatı "Long March-5B" raketi sayəsində artıq Mars planetinə çatıb.

Yeddi aylıq uçuşdan sonra kosmik aparat Mars planetinin orbitinə yaxınlaşıb.

240 kq ağırlığında olan Mars aparatının eniş prosesinin may ayında baş tutacağı gözlənilir. Növbəti mərhələdə isə 90 Mars sutkası ərzində 5 ton ağırlığında olan orbital uçuş aparatı vasitəsilə Yer kürəsinə müşahidə məlumatları göndəriləcək.

Müşahidə çərçivəsində Mars kartoqrafiyası, planetin iqlimi, elektromaqnit və qravitasiya sahələri barəsində məlumatların Yer kürəsinə göndərilməsi planlaşdırılır.

Eniş modulunun planet səthinə endirilməsi missiyanın ən qəliz prosesi olacaq. Bu mərhələdə təhlükəsizlik kapsulu Mars aparatının yerləşdiyi platformanı planetin səthinə çatdırmalı olacaq.

Atmosferə daxil olma zamanı kapsul 1000 dərəcədən yuxarı temperaturda qızacaq.

Qeyd edək ki, 1 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin də orbital uçuş aparatı Mars orbitinə yaxınlaşmışdı. Beləliklə Çin, təchizatı Marsa çatmış 6-cı ölkə hesab olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Oxşar yazılar