Britaniyanın “AutoCar” nəşrinin ekspertləri ən yaxşı 10 ailə avtomobilini seçiblər.
Lent.az xəbər verir ki, BMW 3 Series Touring universalı ən yaxşı ailə avtomobilləri siyahısına başçılıq edir. Sürüşün hamarlığı və idarəetmə balansına görə təriflənir. İkinci yerdə “Dacia Jogger” kompakt furqondur. Modelin üstünlüklərinə optimal qiymət-keyfiyyət nisbəti daxildir. Üçüncü yeri “Volkswagen Golf” tutur. Kompakt ölçülərinə baxmayaraq, geniş interyerə malikdir.
2025-ci ilin ən yaxşı 10 ailə avtomobili sırasına “Land Rover Defender 110”, “Skoda Kodiaq”, “Skoda Octavia Estate”, “Toyota Corolla Touring Sports”, “Kia Sorento”, “MG HS” və “Peugeot 5008” də daxil edilib.