01:14 4 may 2021

Ən böyük qanadlı, 28 təkərli nəhəng təyyarənin sınaq uçuşu keçirildi - VİDEO

ABŞ-ın "Stratolaunch" şirkəti ən böyük qanada malik "Roc" adlı nəhəng təyyarənin uğurlu sınağını keçirib. 

Lent.az xəbər verir ki, təyyarə “Mohave” hava limanı üzərində bir neçə manevr etdikdən sonra uğurla yerə enib.

"Stratolaunch" əvvəlcə təyyarəni gücləndirilmiş mərkəzi qanad üzərində raket və peyklər buraxmaq üçün nəzərdə tutulan və aşağı yerətrafı orbitə çıxarmaq üçün hazırlanmış göyərtə sistemi olaraq təqdim etsə də, hazırda "Roc" çoxdəfəli hipersəsli aparatlar daşıyıcısına çevrilib. 

Profil dəyişikliyinə baxmayaraq, "Roc" 117 metr qanad uzunluğu ilə əsl nəhəng təyyarə olaraq qalır.

Yaradıcıların fikrincə, təyyarə gələcəkdə yeni nəsil aviasiya texnikası üçün sınaq stendi kimi istifadə ediləcək. O, "Boeing 747" təyyarəsində olduğu kimi, altı mühərrik və 28 təkərlə təchiz edilib. Təyyarə uçuş proqramını yerinə yetirib və test enişi üçün dövrə vurduqdan sonra “Mohave”da  nəzərdə turulmuş zolağa enib./“ICTnews”
 

# 1437
avatar

Oxşar yazılar