Elektrikli uçan taksi təqdim edildi
06 oktyabr 2024 21:37 (UTC +04:00)

Elektrikli uçan taksi təqdim edildi

0

Kaliforniyada bir şirkət elektriklə işləyən hava taksisi istehsal edib.

Lent.az xəbər verir ki, Nyu Yorkda nümayiş etdirilən uçan taksilər vətəndaşların böyük marağına səbəb olub.

Kaliforniyada yerləşən Joby Aviation şirkəti Toyota-dan aldığı investisiya dəstəyi ilə elektrikli hava taksisi layihəsini həyata keçirir.

Layihə Nyu-Yorkdakı Grand Central Terminalın Vanderbilt zalında ictimaiyyətin baxışı üçün açılıb.

ABŞ Federal Aviasiya Administrasiyasından uçuş üçün tələb olunan icazə prosesi hələ tamamlanmadığı üçün hələ ABŞ-da uça bilməyən hava taksisinin gələn il Dubayda uçuşlara başlaması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4513

Oxşar yazılar