Elektriklə işləyən ən yaxşı avtomobillər  AÇIQLANDI - SİYAHI
21 oktyabr 2024 19:46 (UTC +04:00)

Elektriklə işləyən ən yaxşı avtomobillər AÇIQLANDI - SİYAHI

Ekspertlərin fikrincə, Skoda Enyaq sərfəlilik, praktiklik, çeşid və sadəliyin ən yaxşı birləşməsini təklif edir.

Getdikcə daha çox avtomobil istehsalçısı elektrik avtomobilləri təklif edir və ən yaxşı variantı seçmək əhəmiyyətsiz iş deyil. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, britaniyalı ekspertlər bu seqmentdə öz rəylərinə görə 10 ən yaxşı avtomobili toplayıblar. 

Reytinqdə birinci yerdə ekspertlərin fikrincə, sərfəli qiymət, rahatlıq, çeşid və sadəliyin ən yaxşı birləşməsini təklif edən “Skoda Enyaq” qərarlaşıb. Model 5 ulduzdan 5-ni alıb.

Qeyd edək ki, Enyaq 2020-ci ildə təqdim edilən nisbətən yeni modeldir. Avtomobil məşhur Volkswagen MEB modul elektrik ötürücü platformasına əsaslanır. Məşhur Volkswagen ID.4 də onun üzərində qurulub.

Reytinqdə “Skoda Enyaq”a çox yaxın olan “Kia EV9”dur, o, yeddi nəfərlik və daha çox daxili məkana malikdir. Avtomobilin mənfi cəhətləri onun üstünlüklərindən irəli gəlir - bəziləri üçün model çox böyük görünə bilər.

Polestar 3, Ford Explorer və Kia EV6 kimi digər avtomobillər bir qədər pis nəticə göstəriblər, lakin hamısı yüksək bal toplayıb.

“Autocar”a görə 10 ən yaxşı elektrik avtomobili belə sıralanır:

•  Skoda Enyaq - 5 ulduz;

•  Kia EV9 - 4,5 ulduz;

•  Polestar 3 – 4 ulduz;

•  Ford Explorer – 4 ulduz;

•  Kia EV6 – 4 ulduz;

•  Tesla Model Y – 4 ulduz;

•  Hyundai Ioniq 5 N – 4 ulduz;

•  Mercedes-Benz EQE SUV – 4 ulduz;

•  Genesis Electrified GV70 SUV – 4 ulduz;

•  BMW iX - 4; BMW iX – 4 ulduz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4809
avatar

Oxşar yazılar