Böyük Britaniyanın “Engineered Arts” şirkəti tərəfindən hazırlanmış insanabənzər robot Ameca, süni intellekt dil modeli olan “GPT-3” və “GPT-4” ilə inteqrasiya olunub.
Lent.az xəbər verir ki, robot bir çox dillərdə yaxşı performans göstərib.
Yapon, alman, fransız və çin dillərini mükəmməl bilən Ameca realist üz ifadələri ilə də emosional hekayələr danışır.
Şirkət tərəfindən yayımlanan iki videodan birincidə Ameca yapon dilində danışır. Digərində isə həyatının ən xoşbəxt və kədərli gününü təsvir edir.
"Ən realist insanabənzər robot" olaraq xarakterizə edilən Ameca professional üz ifadələri ilə məşhurlaşıb.
İnamsızlıq, ikrah, ağrı, xoşbəxtlik və qəzəb kimi emosiyaları ifadə edə bilən robot ilk dəfə 2022-ci ilin 5-7 yanvar tarixləri arasında ABŞ-ın Las Veqas şəhərində keçirilən texnologiya sərgisi “CES”də nümayiş etdirilib.