Dünyanın  ən böyük  “iPhone”u istehsal olundu - REKORD
09 sentyabr 2024 16:41 (UTC +04:00)

Dünyanın ən böyük “iPhone”u istehsal olundu - REKORD

Fərqli layihələr həyata keçirən “YouTube” kanalı “DIY Perks” və eyni zamanda texnologiya kanalı olan “Mrwhosetheboss” yeni bir video yayımlayıb.

Lent.az xəbər verir ki, videoda dünyanın ən böyük “iPhone”un hazırlandığı və cihazın da aktiv şəkildə işlədiyi göstərilir.

Bu nəhəng “iPhone” həm də Ginnesin Rekordlar Kitabına düşüb.

Normalda “iPhone”larda əməliyyat sistemi olaraq iOS-dur. Ancaq bu cihazda iOS kimi görünən Android əməliyyat sistemi var. Bununla belə, bu cihaz “Windows” əməliyyat sistemi ilə də işləyə bilər.

Dizaynını əsl “iPhone”a bənzədən komanda cihazda bir çox texnologiyadan istifadə edib. Tamamlanmış telefonun sensor ekran, kamera, fənər və şarj portu kimi bütün funksiyaları ehtiva etdiyi bildirilir.

Cihaz dünyanın ən böyük smartfon klonu kimi qeydə alınıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119
avatar

Sevinc Fərid

Oxşar yazılar