Bu prosessorlarından mobil oyunlarda yüksək performans gözləmək lazım deyil
23 may 2023 10:17 (UTC +04:00)

Bu prosessorlarından mobil oyunlarda yüksək performans gözləmək lazım deyil

Digital Chat Station ləqəbli məşhur insayder mobil gamerlər üçün heç də xoş olmayan bir məlumatı çatdırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, insayderin sözlərinə əsasən növbəti flaqman prosessorlar olacaq Snapdragon 8 Gen 3 ilə MediaTek Dimensity 9300 tələbkar mobil oyunlardan lazımi şəkildə həzz almağa imkan verməyəcəklər. Məlumatda qeyd edilib ki, sözügedən prosesorların performansları onların əvvəlki versiyalarının performansları ilə müqayisədə yüksəliblər. Bununla belə onlardan heç biri testlər çərçivəsində Genshin Impact oyununda 1080p keyfiyyətində görüntü zamanı saniyədə stabil 60 kadr sürətini təmin edə bilməyib.

    Qeyd etmək lazımdır ki, bu oyun ən ağır mobil oyunlardan biri hesab edilir. Lakin istifadəçilərin fikirlərinə əsasən bu, Genshin Impact oyununun yaxşı şəkildə optimizasiya olunmaması ilə əlaqəlidir. Belə ki, Apple şirkətinin ən güclü iPad planşetləri də sözügedən oyunda 1080p görüntü keyfiyyəti çərçivəsində saniyədə stabil 60 kadr sürətini təmin edə bilmirlər. Ice Universe ləqəbli digər məşhur insayderin sözlərinə əsasən isə Snapdragon 8 Gen 3-də performans göstəricilərinin diqqət çəkəcək dərəcədə yüksələcəklərini gözləmək lazım deyil. O qeyd edib ki, yeni prosessorun enerji sərfiyyatı Snapdragon 8 Gen 2-nin enerji sərfiyyatı ilə eyni səviyyədədir. 

# 2298
avatar

Oxşar yazılar