Bu proqram “Google Play”dən silindi
22 may 2023 10:27 (UTC +04:00)

Bu proqram “Google Play”dən silindi

“2GIS” xəritəçəkmə xidməti “Google Play”dən silinib. 

Lent.az xəbər verir ki, bu tətbiq Android istifadəçiləri üçün əlçatmaz olub. Belə ki, Android istifaədçiləri sözügedən proqramı “Google Play”dən yükləyə bilmirlər. 

Ancaq onu da qeyd edək ki, tətbiqi əvvəllər yükləmiş insanlar istifadə etməyə davam edir. 

Həmin istifadəçilər üçün məlumatlar əvvəlki kimi hər gün yenilənir və onlarda istənilən şəhər, məkan mövcuddur. 

Xatırladaq ki, ötən ilin sentyabrında xəritə xidməti “AppStore”dan da silinmişdi. Bu proqram “Apple” istifadəçiləri üçün yalnız aprelin 22-də yenidən aktiv olmuşdu. 

# 1806
avatar

Sevinc Fərid

Oxşar yazılar