Çinin 8 əyalətində dövlət işçilərinə “Apple” cihazlarından istifadə qadağan edilib
Lent.az “Bloomberg”a istinadən xəbər verir ki, məmurlar yerli istehsal olan cihazlara keçmək üçün göstərişləri bir-iki ay əvvəl almağa başlayıb.
Zhejiang, Jiangsu, Guangdong, Anhui, Shandong, Shanxi, Liaoning və Hebei işçiləri “Apple” avadanlıqlarından imtina etməyə çağrılıb. Hebei dünyanın ən böyük “iPhone” fabrikinin evidir.
Aydındır ki, “aşağı səviyyəli” şəhərlərdəki kiçik dövlət firmaları və agentlikləri işçilərdən Amerika məhsullarından imtina etməyi tələb edir.
Qeyd edək ki, Mərkəzi Bankın (MB) rəhbərliyi tənzimləyicinin əməkdaşlarına da “Apple” avadanlıqlarından rəsmi məqsədlər üçün istifadə etməyi qadağan edəcək.