“iPhone 4”, “iPhone 4s” və “iPhone 5” model smartfonları bəzi funksiyalarını itəcək.
Lent.az “Prime” portalına istinadən xəbər verir ki, həmin telefonlar “AppStore” və digər “Apple” xidmətlərindən məhrum olacaq.
Məlumata görə, iOS 11-də köhnə iPhone smartfonlarının istifadəçiləri vacib funksiyaların yoxa çıxmasına hazırlıqlı olmalıdır.
Bu modellərin dəstəkləmədiyi vacib funksiyalardan biri də xəritələrdən istifadəsidir.
Qeyd edək ki, şirkət bu dəyişikliklərin rəsmi vaxtını açıqlamayıb. Amma xidmətlərin dayandırılmasının may ayında olacağı ehtimal olunur.