Bu ayaq porotezi hamını ŞOKA SALDI  - VİDEO
04 iyul 2024 09:22 (UTC +04:00)

Bu ayaq porotezi hamını ŞOKA SALDI - VİDEO

ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Massaçusets Texnologiya Institutunun tədqiqatçıları pasientlər ilə birlikdə bionik ayaq biləyi protezini yaradıb və test ediblər. 

Sözügedən protez ayaq biləyinə sahib olmayan şəxsin yerdə qalan ayaq hissəsindəki əzələ daralması ilə bağlı siqnallarını qəbul edərək ayaq biləyinin çalışma alqoritmini tənzimləyir. Beləliklə ayaq biləyinə sahib olmayan şəxs bu protez vasitəsilə rahatlıqla hərəkət edə bilir. Mütəxəssislər bildiriblər ki, sözügedən protez vasitəsilə istifadəçi hətta rəqs belə edə bilər. Bədən hissələrindən hər hansınınsa amputasiyası amputasiya edilmiş hissənin çalışmasında iştirak etmiş sinir birləşmələri ilə əzələləri parçalayır. Bu əzələlər konkret hərəkətlərdən cavabdeh olan aqonistlərə və əks hərəkətləri yerinə yetirən antoqonistlərə ayrılırlar.

Massaçusets Texnologiya Institutunun mütəxəssisləri güman ediblər ki, məlumatların antoqonist əzələlərdən əldə edilməsi halında aqonistlərin amputasiyası sinir siqnalının bərpasına və protezin siqnala reaksiyasına mane olmayacaq. Bədən hissəsinin amputasiyası zamanı xüsusi tibbi müdaxilənin sayəsində antoqonist əzələlərdə neyrointerfeys yaradılır. Yaradılan neyrointerfeys öz növbəsində antoqonist əzələlərin daralması impulslarının qəbulu üçün nəzərdə tutulub. Daha sonra bu siqnallar ayaq biləyi protezi tərəfindən qəbul edilir. Antoqonist əzələlərdən qəbul edilmiş siqnallar deşifrələnərək protezin bilək hissəsindəki motorlara ötürülür. Bu isə şəxsin hərəkətini daha təbii hala salır. Massaçusets Texnologiya Institutunda düşünürlər ki, sözügedən protezin kommersiya məqsədli versiyası 5 ildən sonra hazır olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3828
avatar

Arzu Qurbanlı

Oxşar yazılar