Bu 5 köhnə telefon,  əgər hələ də sizdədirsə, minlərlə dollar qazana bilərsiniz
06 noyabr 2025 18:39 (UTC +04:00)

Bu 5 köhnə telefon, əgər hələ də sizdədirsə, minlərlə dollar qazana bilərsiniz

0

Artıq ehtiyacınız olmadığını düşündüyünüz köhnə cihazları atmazdan əvvəl, daha yaxından nəzər yetirin. Bir vaxtlar bir neçə yüz manata başa gələn bəzi cihazlar 2025-ci ildə ciddi gəlir əldə etməyiniz üçün bilet ola bilər.

Lent.az bildirir ki, MakeUseOf portalı kolleksiyaçıların minlərlə dollar ödəməyə hazır olduqları beş "köhnə elektronika" kateqoriyasını müəyyən edib.

Birinci nəsil iPhone

Bəli, bu, 2007-ci ildə buraxılan eyni Apple debüt smartfonudur. Bu, smartfon dünyasında əsl inqilab idi və onun dəyəri zamanla yalnız artıb. Xüsusilə də alındığı gündən bəri açılmayıbsa.

ABŞ-da keçirilən hərraclarda möhürlənmiş birinci nəsil “iPhone”lar 40.000-50.000 dollara satılır, nadir 4GB modellər (bir neçə aydan sonra istehsalı dayandırılmış) isə 130.000 ilə 190.000 dollar arasında satılıb.

Vəziyyət dəyərin əsas amilidir. Hətta qutusuz və işləməyən birinci nəsil “iPhone”lar belə hələ də kolleksiyaçıları cəlb edir.

Orijinal iPod Classic

Apple ilk nəsil mobil pleyerlərini 2001-ci ildə, ilk “iPhone”dan çox əvvəl buraxıb. CD pleyerləri köhnəldən cihaz, ikonik mexaniki klik çarxına malik idi və təsirli 5 GB musiqi - təxminən 1000 mahnı saxlaya bilirdi.

Əksər hallarda, yaxşı, qablaşdırılmamış vəziyyətdə olan birinci nəsil “iPod”ların qiyməti hazırda 200-500 dollar arasında dəyişir. Orijinal qablaşdırma və ya kabellər kimi aksesuarlar qiyməti xeyli artıra bilər. Açılmamış birinci nəsil “iPod Touch”ların qiyməti 60.000 dollara qədər ola bilər.

Nintendo Game Boy

Uşaqlıqdan bəri sevilən əl oyun konsolu artıq gəlirli bir investisiyaya çevrilib. İlk partiyadan olan, yoxlanılmış və sertifikatlaşdırılmış möhürlənmiş, orijinal 1989-cu il istehsalı olan Game Boy, 2022-ci ilin aprel ayında Heritage Auctions  hərraclarında 21.000 dollara satılıb.

Nadirlik onların dəyərində əsas amildir. Məsələn, 2023-cü ildə Heritage, bir il əvvəl cəmi beş ədəd möhürlənmiş Game Boys ilə müqayisədə doqquz möhürlənmiş Game Boys satışını qeydə alıb. 2020-ci ildə yalnız biri satılıb, lakin 5000 dollardan baha. O vaxtdan bəri qiymətlər yalnız artmaqdadır.

Sony Walkman TPS-L2

Smartfonlar və MP3 pleyerlər yaranmamışdan əvvəl insanlar musiqini kaset pleyerlərində daşıyırdılar. 1979-cu ildə buraxılan ilk Sony Walkman, TPS-L2, 150 dollara (bu gün təxminən 650 dollar) satılıb.

Təmir edilmiş, işləyən cihazları hazırda “eBay”də vəziyyətdən və aksesuarlardan asılı olaraq 500 ilə 2000 dollar arasında qiymətə tapmaq mümkündür. Orijinal qulaqlıq, korpus və aksesuarlarla birlikdə tam dəstin qiyməti təxminən 4000 dollar ola bilər.

HP-01 Calculator Watch 

Ağıllı saatlar dövründən çox əvvəl, Hewlett-Packard mühəndisləri elmi fantastika filmindən bir şeyə bənzəyən kalkulyator saatı olan HP-01-i icad ediblər. 1977-ci ildə buraxılan saatın qiyməti korpus materialından (paslanmayan polad və ya qızıl) asılı olaraq 450 ilə 850 dollar arasında dəyişir.

Bu gün belə bir saat tapmaq olduqca çətindir. Məsələn, qızılı HP-01 modeli Chrono24-də 7733 dollara, eBay-də isə 5400 dollara satılır. 

Onun unikallığı təkcə kalkulyatorunda deyildi: o, vaxt və tarix hesablamalarını aparırdı, 1900-cü ildən 2099-cu ilə qədər illəri izləyir, sürət hesablamaları ilə saniyəölçən kimi fəaliyyət göstərirdi və vaxt qurşaqlarını hesablayırdı. Onun 28 miniatür düyməsinə birbaşa bilərziyə quraşdırılmış xüsusi qələmlə basmaq mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar