"Azəriqaz"ın  "Açıq mikrofon"u   Masallıda
11 iyul 2023 16:33 (UTC +04:00)

"Azəriqaz"ın "Açıq mikrofon"u Masallıda

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti dəfə Masallı rayonunda keçirilib.

Lent.az xəbər verir ki, mikrofon önünə keçən 6 abonentdən 5-i rayonun Qarabağ küçəsinin sakinləri olub.

Onlar qaz xəttinin yerinin dəyişdirilməsi, sayğacın yenisi ilə əvəzlənməsi, yeni yaşayış massivinin qazlaşdırılması kimi istəklərlə çıxış ediblər. Digər 1 müraciət isə rayonun Şərəfə kəndinin genişləndirilmiş hissəsinin qazlaşdırılmasından ibarət olub. Bütün müraciətlər Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Fidan İlqar

Oxşar yazılar