"Apple"ın kapitalı 3 trilyonu  keçdi
30 iyun 2023 17:55 (UTC +04:00)

"Apple"ın kapitalı 3 trilyonu keçdi

Amerikanın “Apple” korporasiyasının səhmlərinin dəyəri iyunun 30-da birjadankənar ticarətdə 0,84% artaraq 191,2 dollara çatıb və bunun sayəsində texnoloji nəhəngin kapitallaşması 3 trilyon dolları ötüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, şirkətin kapitallaşması ikinci dəfə 3 trilyon dollar həddini aşır və sonuncu dəfə bu ötən ilin yanvarında baş verib.

Eyni zamanda, ilin əvvəlindən texnologiya nəhənginin səhmlərinin qiyməti 46% artıb. “Apple” may ayında rüb üçün gəlir və mənfəətin azaldığını bildirməsinə baxmayaraq, şirkətin təqdim etdiyi nəticələr analitiklərin proqnozlaşdırdığı nəticələrdən daha yaxşı olub.

# 2874
avatar

Oxşar yazılar