"Apple" öz cihazlarında çiplərindən imtina etdi
07 iyun 2023 05:44 (UTC +04:00)

"Apple" öz cihazlarında çiplərindən imtina etdi

Apple şirkəti Intel prosessorlarından istifadə etməkdən imtina edərək kompüterlərinin öz ARM-prosessorlarına keçidini uğurla başa çatdırıb.

Lent.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında bildirilir.

Mac kompüterləri və noutbukları üçün səhifədə artıq Intel prosessorları ilə işləyən qurğular qeyd edilmir. Bu dəyişiklik WWDC tərtibatçıları üçün tədbirindən sonra vebsaytın yeniləməsi ilə əlaqədardır.

Korporasiyanın monobloklarından birinin təsvirində qeyd olunur ki, Mac kompüterləri Apple Silicon prosessorlarının istifadəsi ilə transformasiya edilib ki, bu da Apple şirkətinin öz prosessorlarından istifadə edildiyini göstərir.

Həmçinin, Intel prosessorlu qurğular Apple onlayn mağazasında mövcud olan məhsul xəttindən də silinib. Beləliklə, Apple 3 ildən az müddətdə Apple Silicon prosessorlarına keçidi tamamlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2301
avatar

Oxşar yazılar