“Apple” çoxdan gözlənilən cihazları  mayda nümayiş etdirəcək
26 aprel 2024 11:14 (UTC +04:00)

“Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək

“Apple” medianı mayın 7-də baş tutacaq “xüsusi tədbirə” dəvət etməyə başlayıb.

Lent.az “The Verge”a istinadən xəbər verir ki, tədbirdə diqqət yeni planşetlərə yönəldiləcək. 2023-cü ildə “Apple” bir dənə də yeni “iPad” buraxmadı. Bu, yeni modellərin olmadığı tarixdə ən uzun müddətdir. Buna görə də, may buraxılışının olduqca əhəmiyyətli olacağı gözlənilir.

Mayın 7-də təqdim olacaq cihazları təqdim edirik: 

Əvvəllər istifadə olunan LCD əvəzinə OLED ekranlı iki yeni “iPad Pro” modeli. 

Onlar daha parlaq, daha enerji qənaətlidir və bu cür modellər daha incə və yüngül olacaq. Onlar həmçinin yenilənmiş M3 çipi, üfüqi selfi kamerası və “MagSafe” simsiz enerji doldurma sistemi ilə təchiz olunacaqlar.

Air ailəsindəki ilk 12,9 düymlük planşet də daxil olmaqla iki yeni M2 ilə işləyən “iPad Air” modeli.

Daha böyük trackpad və alüminium üst korpusa malik “iPad Pro” üçün yenilənmiş “Magic Keyboard”.

Müəyyən hərəkətlər üçün "çimdik" jesti ala bilən və nəticədə “VisionOS”u dəstəkləyən üçüncü nəsil “Apple Pencil”.
 

# 2781
avatar

Sevinc Fərid

Oxşar yazılar