“Apple” şirkəti ağıllı saatları hər iki ildən bir yeniləməyə qərar verib.
Lent.az xəbər verir ki, buna görə də “Apple Watch SE 3” yalnız gələn payızda buraxılacaq.
Beləliklə, bu payızda Apple yalnız iki ölçüdə (41 mm və 45 mm) “Apple Watch Series 9” və 2-ci nəsil “Apple Watch Ultra” satışa çıxarılacaq. 2023-cü il seriyasındakı bütün saatların yeni “Apple S9” prosessoru sayəsində əhəmiyyətli performans artımı alacağı gözlənilir.
Hazırkı “Watch SE 2 2022”ci ilin sonunda buraxılıb. Saat 30% yüngülləşib, qəzaların aşkarlanması üçün sensor və Series 8-dən prosessor əlavə olunub. Bu gün bunlar “Apple”ın ən gəlirli smart saatlarıdır.