Android telefonlarının  batareyası necə doldurulmalıdır?
25 may 2023 09:56 (UTC +04:00)

Android telefonlarının batareyası necə doldurulmalıdır?

Android telefonlarının batareyasının 90 faizdən çox doldurmamaq tövsiyə olunur. 

Lent.az xəbər verir ki, smartfonun batareyasının ömrünü artırmaq üçün “Google” mühəndisləri qadcetin doldurulmasını məhdudlaşdırmağı tövsiyə ediblər.

Belə ki, cihazın parametrlərinə daxil olmağı və baatreyasının 90 faizdən çox doldurulmamağı bildirilir. Məlumata görə, bu halda cihazın batareyası daha uzunömürlü olacaq.

Bundan əlavə, mütəxəssislər mümkün olduqda enerjiyə qənaət rejimini yandırmağı tövsiyə edirlər. Bu parametr aktivləşdirildikdə smartfon batareyadan daha az aktiv istifadə edəcək və fonda işləyən proqramları bağlayacaq. 

O da qeyd edilib ki, enerji doldurarkən telefonu işlətməmək məsləhətdir. Cihaz sərin yerdə olmalıdır, interneti digər qadcetlərə paylamağa imkan verən Wi-Fi və giriş nöqtəsi funksiyasını söndürmək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5817
avatar

Sevinc Fərid

Oxşar yazılar