2025 “Ford Mustang Mach-E”  təqdim edildi
23 oktyabr 2024 22:10 (UTC +04:00)

2025 “Ford Mustang Mach-E” təqdim edildi

Ford məşhur elektrikli krossover modeli “Mustang Mach-E”nin 2025-ci il versiyasını təqdim edib.

Lent.az xəbər verir ki, “Mustang Mach-E"nin başlanğıc qiyməti Şimali Amerika bazarında 36 495 dollardan başlayacaq. Bu isə əvvəlki modellə müqayisədə 3500 dollar endirim deməkdir.

Yeni “Mustang Mach-E”də parlaq qara 19 düymlük təkər diskləri, qara dizayn detalları və qırmızı Brembo əyləcə malikdir.

Texnologiya tərəfində, yeni Ford 5G simsiz əlaqə nöqtəsi, qabaqcıl naviqasiya və “Youtube” kimi avtomobildaxili proqramları təklif edir.

Yeni avtomatik zolaq dəyişmə xüsusiyyətinə malik “BlueCruise 1.5” sistemi də diqqətəlayiq yeniləmələr arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989
avatar

Oxşar yazılar