117 000 il ərzində insan əcdadlarının sayı 1300 fərdi keçməyib - ARAŞDIRMA
05 sentyabr 2023 14:53 (UTC +04:00)

117 000 il ərzində insan əcdadlarının sayı 1300 fərdi keçməyib - ARAŞDIRMA

Çinli antropoloqlar belə bir nəticəyə gəliblər ki, müasir insanın Afrikada yaşamış əcdadları Homo Sapiens-in ortaya çıxmasına az müddət qalmış əhali çoxalması prosesində baş vermiş ani azalmadan möcüzəvi şəkildə sağ çıxa biliblər. Təqribi olaraq 1 milyon il bundan öncə planetin iqlimində baş vermiş ani dəyişiklik əhali artımını kəskin şəkildə aşağı salıb. Nəticədə fərdlərin sayı 1280 nəfəri keçməyib və bu vəziyyət 117 000 il ərzində olduğu kimi qalıb. Lakin əhali artımı prosesi əvvəlki axarına qayıtdığı zaman inkişaf prosesində ani irəliləyiş baş verib və müasir insana xas olan özəlliklər ortaya çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, çinli alimlərin sözlərinə əsasən təqribi olaraq 1 milyon il bundan öncə baş vermiş ani iqlim dəyişikliyi müasir insanın əcdadlarını demək olar məhv edib. "Müasir insanın əcdadlarının 98.7%-i məhv olmuşdu" - deyə çinli alimlər qeyd ediblər. Yəni, əhali artımı 100 000 nəfər fərddən 1.3 min nəfər fərdə düşüb. Alimlər qeyd ediblər ki, 950 000 ildən 650 000 ilə kimi Afrika və Avrasiya üzrə olan antropoloji məlumatlar o qədər də dolğun deyillər. Lakin çinli alimlərin yeni kəşfləri bu problemi aradan qaldıra bilər. Genom sıralanması sahəsində olan inkişaf müasir insanların ortaya çıxmalarından sonrakı dövrdə əhali artımı miqyasını anlamağa yardımçı olub.

Lakin mütəxəssislərin yaratmış olduqları yeni analiz üsulu müasir insanların əcdadları barəsində də çoxlu məlumat əldə etməyə imkan verdi. Mütəxəssislər müasir insanların genetik məlumatları əsasında əhali artımı prosesini rekonstruksiya etməyi bacarıblar. Bu prosesdə 3150 nəfər insan iştirak edib. Onların müəyyən hissəsi 10 afrikalı xalqı, digər hissəsi isə 40 qeyri-afrikalı xalqı əhatə edib. Kompleksli geneoloji ağacın tərtib edilməsindən sonra alimlər daha nazik budaqlara nəzər yetirərək vacib təkamül hadisələrini aşkar ediblər. Təqribi olaraq 950 000 il bundan öncə Orta Pleystosen dövründə planetin iqlimində ani dəyişikliklər baş verib.

Baş vermiş iqlim dəyişiklikləri Afrikada uzun müddət ərzində quraqlığın olmasına səbəb olublar. Çinli alimlərin fikirlərinə əsasən bu öz növbəsində əcdadların sayının təqribi olaraq 1280 nəfər fərdə kimi enməsinə gətirib çıxarıb. Bu həmçinin yeni növ insanların ortaya çıxmasını stimullaşdırıb. Nəticədə onlar müasir insanların və neandertalların vahid əcdadına kimi inkişaf ediblər. Təqribi olaraq 813 000 il bundan öncə əcdadlar arasında əhali artımı yenidən yüksəlməyə başlayıb. Onların necə sağ qaldıqları və hansı şərtlərin onların yenidən çoxalmalarına səbəb olduqları isə məlum deyil. Lakin bununla belə alimlər əmindirlər ki, uzaq keçmişdə baş vermiş bu proses müasir insanlardakı genetik müxtəlifliyə ciddi təsir göstərib. 

# 4389
avatar

Oxşar yazılar