Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!
20 may 2024 15:37 (UTC +04:00)

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

Zığ şosesinin 27-ci km-də,  Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolağ hissəsində “məhdudlaşdırıcı zolaq” işarəsi qoyulub.

Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib. Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

Oxşar yazılar