Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, mayın 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb.
Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.
Mayın 21-də saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.