Zaqatalada xilas edilən turistlərin SON DURUMU  - YENİLƏNİB
25 iyul 2023 16:27 (UTC +04:00)

Zaqatalada xilas edilən turistlərin SON DURUMU - YENİLƏNİB

Zaqatalada yolunu azaraq dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə tapılan şəxslər xəstəxanadan evə buraxılıblar.

Lent.az xəbər verir ki, bu barədə oxu.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan Bakı şəhər sakinləri - Əli Əlizadə və Əbdül Rzayev - ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan Əli Əlizadə və Əbdül Rzayev 24.07.2023-cü il tarixində saat 23:14-də tibb müəssisəsinə yerləşdiriliblər. Onlara Təcili Tibbi Yardım Şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

***

saat 09:25

Zaqatala rayonunda dağlıq-meşəlik ərazidən təxliyə olunan turistlərin vəziyyətləri stabildir.

Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər Bakı sakini - Əli Əlizadə və Əbdül Rzayev – uzun axtarışlardan sonra təxliyə olunub.

TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilib, laboratoriya, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya (damardaxili sistemdə mayenin miqdarının azalması – red.) qarşı yardım edilir.

Əbdül Rzayevə aşıq-baldır oynağının əziyi diaqnoz qoyulub və tibbi yardım göstərilib.

Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Həkim müşahidəsi altındadırlar.

# 7188
avatar

Oxşar yazılar