Zaqatalada etiraz olan məktəbin direktoru vəzifəsini icra edir - NAZİRLİK
22 fevral 2023 11:19 (UTC +04:00)

Zaqatalada etiraz olan məktəbin direktoru vəzifəsini icra edir - NAZİRLİK

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib. 

Müəllim və valideynlər keçirilən aksiyada məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb ediblər. 

Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hazırda məktəbin direktoru Məhnurə İsmayılova vəzifəsini icra edir.

O həmçinin qeyd edib ki, məktəbdə dərslər bərpa edilib və tədris davam edir. 

Qeyd edək ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli  tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində  Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib. 

Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22428
avatar

Arzu Qurbanlı

Oxşar yazılar