Yuxudan doymadım
09 dekabr 2020 14:06 (UTC +04:00)

Yuxudan doymadım

Yuxu infeksiyadan necə qoruyur?

Az yatmaq infeksion xəstəliklərə yoluxmağa səbəb olur. Mütəxəssislər normal yuxunun, idman etməyin və stresin idarə olunmasının immun sistemini dəstəklədiyini deyir.

Lent.az dünya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər yuxunun azaldılmasının infeksiya qaynaqlı xəstəliklərə səbəb olduğu ilə bağlı xəbərdarlıq edib. Vurğulanır ki, immuniteti gücləndirmək üçün orqanizmin ehtiyacı olan yuxu kifayət qədər olmalıdır. Tütün məhsullarından uzaq durmaq, sağlam qidalanmaq, təmizliyə əməl etmək və idmanla məşğul olmaq lazımdır.

Türkiyəli professor Dərya Qaradəniz  yuxunun orqanizmin özünü bərpa etməsində oynadığı rolundan danışıb: "Heyvanlar üzərində aparılan təcrübədən sonra məlum olub ki, heyvanların az yatmasından cəmi 3 gün sonra mədə-bağırsaq sistemindən qaynaqlanan infeksiyalar səbəbindən ölüm baş verib. İnsanlarda da vəziyyət oxşardır.

Məsələn, dörd gün ərzində, sadəcə dörd saat yatmalarına icazə verilən insanlarda, beşinci gün qrip peyvəndi edildikdə, normal yatan insanlara nəzərən immunitet reaksiyasının  zəif qaldığı müşahidə olunub".

Professor yuxunun immuniteti necə gücləndirməsi ilə bağlı nümunələr də gətirib: "Xəstə olduğumuz zamanlarda yuxu istəyi və ehtiyacımızın artmasını nümunə götürə bilərik. Xəstəlik zamanı yuxu çoxalaraq,  immuniteti bərpa etməyə çalışır. Bu, bir növ orqanizmin təmirini həyata keçirən fiziki müdafiə mexanizmidir. İmmunitet sistemi hüceyrələrinin  özünəməxsus gündəlik ritmi vardır. Bütün immun hüceyrələri, hər hansı bir mənfi təsirdən sonra yuxu  zamanı ən yüksək səviyyəyə yüksəlir. Xəstəlik zamanı yuxu artır və immun sistemini bərpa edir ".
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Aygün İbrahimli

Oxşar yazılar