Yenidən həyəcan siqnalı: 2 PUA  vuruldu -  Kiyevdən Lent.az-a danışırlar  - YENİLƏNİB
10 oktyabr 2022 18:05 (UTC +04:00)

Yenidən həyəcan siqnalı: 2 PUA vuruldu - Kiyevdən Lent.az-a danışırlar - YENİLƏNİB

Ukraynanın paytaxtı Kiyevdə hazırda hava siqnalı verilir. 

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəylinin Lent.az-a verdiyi məlumata görə, yarım saat əvvəl şəhər ətrafında iki İran dronu vurulub. 

Bildirilir ki, metro və yeraltı keçidlərə sığınan insanlarda gərginlik var.

Qeyd edək ki, insanların sığınacaqları tərk etməməsi xahiş olunub.

 

***

Saat 16:34

 

 

“Krım körpüsünün vurulmasından sonra bunlar gözlənilən idi. Ukrayna dövləti və hərbi rəhbərliyi bu hücumların olacağını bilirdi”.

Bu sözləri Lent.az-a Ukraynada yaşayan və hadisələrin canlı şahidi olan jurnalist İdrak Camalbəyli deyib. 

Xəbər verdiyimiz kimi, paytaxt Kiyev bu səhəri raket zərbələrivə itkilərlə açıb. Qeyd edək ki, ölənlərin sayı 10-a çatıb. 

Jurnalist Lent.az-a açıqlamasında oradakı real vəziyyəti nəql edib:

“Bilirsiniz ki, keçən həftə Zaporojyeyə atılan raket zərbələri nəticəsində 50-ə yaxın dinc sakin həlak olub. Bu zərbələrin də olacağı bəlli idi. 

Son dövrlər demək olar ki, yalnız Kiyev bombalanmır. Bundan əlavə, Ukraynanın bütün əraziləri, istər Dnepr, Odessa, istərsə də Zaporojye raket zərbələrinə tuş gəlir. 
Məlumatlara görə, bu gün səhər tezdən baş verən partlayışda 100-ə yaxın müxtəlif tipli silahlardan istifadə olunub. Onların arasında “Kalibr”, “X-101”, “X-105”, “Kinjal” və həmçinin, İran dronları da var. Bunların da yarıdan çoxu Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib. 

Buna baxmayaraq, təəssüflər olsun ki, çox sayda raketlər Kiyevin mərkəzi hissələrindəki yaşayış məntəqələrinə və insanların hərəkət etdiyi yollara düşüb. İlkin məlumatlara əsasən, 20-ə yaxın dinc sakin həlak olub, 50-ə yaxın insan isə yaralanıb. 

 Ən çox raket hücumları yaşayış obyektlərinə və dövlət müəssisələrinə olur. Taras Şevçenko adına Kiyev Milli Universitetinin və Kiyevin mərkəzindəki Kliçko körpüsünün yaxınlığına, prezident ofisinə yaxın ərazilər bombalanıb”.

İdrak bəy qeyd edib ki, insanlar metrolara, yeraltı keçidlərə sığınıblar:

“Bir məsələni qeyd edim ki,  burada isterika və qorxu keçirən insanlar, əsasən, Ukrayna-Rusiya müharibəsi başlayan müddətdə ölkəni tərk edənlərdir. Çünki sıravi ukraynalı və ya Kiyev vətəndaşı üçün qorxu hissi qalmayıb, yoxdur. Ölkədən çıxan adamlar üçün təəccüblü, dəhşətli gəlir və panikaya düşürlər. 

Bəzi mağazaların, əczaxanaların, yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr var. Ərzaq çatışmazlıqları yoxdur, demək olar ki, hər şey qaydasındadır. 

Ukraynanı tərk edən bir çox azərbaycanlı geri qayıdıb və işləri ilə məşğul olurlar. Bu gün 100-dən çox cəbhədə döyüşən, indiyə qədər 20 nəfərə yaxın həlak olan azərbaycanlılar da var. Digər soydaşlarımız da həm Ukrayna xalqı, həm də ordu üçün əlindən gələn köməyi əsirgəmir”.

Kiyevdəki sığınacaqlarda son vəziyyət

Kiyev səhər saatlarında belə vurulub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5427
avatar

Nigar Namiq

Oxşar yazılar