Yeni Klinikadakı növbə problemi   ilə bağlı AÇIQLAMA
21 noyabr 2025 12:02 (UTC +04:00)

Yeni Klinikadakı növbə problemi ilə bağlı AÇIQLAMA

0

Sosial şəbəkələrdə "Yeni Klinika"da növbə problemi yaranması ilə bağlı görüntülər yayılıb. İnsanlar xəstəxananın həyətində qalıblar.

Məsələ ilə bağlı Yeni Klinikadan Lent.az-ın sorğusuna bildirildi ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb: 

"Klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.

Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar.

Xatırladaq ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur.  Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilirlər. Yeni Klinika pasiyentlərə daha rahat və çevik xidmət göstərilməsi üçün bütün prosesləri nəzarətdə saxlayır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1544

Oxşar yazılar