31 dekabr 2023-cü il və 1 yanvar 2024-cü il tarixlərində Yer kürəsində maqnit qasırğası proqnozlaşdırılır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Günəş Astronomiyası Laboratoriyasının (busiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu) saytında bildirilir.
Proqnozlara görə, qasırğa zəif olacaq - G1 sinfi. Dekabrın 18, 19 və 22-də zəif qasırğalar da gözlənilir.
Dekabrın 1-də Yer kürəsində G3 səviyyəli güclü maqnit qasırğası baş verib. Sinoptiklərin məlumatına görə, Bakı vaxtı ilə saat 13:00-da başlayan maqnit qasırğası 2023-cü ilin ən güclülərindən birinə çevrilib.