Yeni "H3N2" qripi ilə bağlı yaşlılara XƏBƏRDARLIQ
27 oktyabr 2021 12:19 (UTC +04:00)

Yeni "H3N2" qripi ilə bağlı yaşlılara XƏBƏRDARLIQ

Yaşlıların qış aylarını ağır keçirəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa ölkələrində yayılan “H3N2” qripinə daha çox yaşlılar yoluxur. 
ECDC (European Centre for Disease Prevention and Control) qrip üzrə mütəxəssisi Pettinen bildirib ki, artan koronavirus pandemiyası dövründə qripə yoluxma hallarında kəskin artım  müşahidə olunur. 

Bu onsuz da koronavirusa yoluxmada əziyyət çəkən yaşlı insanların sağlamlıqlarında ciddi fəsadlar yarada və onlara əlavə yük  ola bilər. Buna görə də, səhiyyə işçiləri çox diqqətli və tədbirli olmalıdırlar. 

ECDC-nin məlumatlarına görə, əhalinin 20 faizi hər il qrip virusuna yoluxur və koronavirus simptomları qrip olan hər 4 nəfərdən birində müşahidə olunur.

# 1611
avatar

Aytəkin Cəlali

Oxşar yazılar