Yaz havası   nə qədər davam edəcək? - AÇIQLAMA
06 noyabr 2023 18:05 (UTC +04:00)

Yaz havası nə qədər davam edəcək? - AÇIQLAMA

“Bakıda və Abşeron yarımadasında hazırda müşahidə olunan temperatur iqlim normasından 4 dərəcə yuxarıdır”. 

Bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, son illərlə müqayisədə Bakıda və Abşeron yarımadasında axırıncı dəfə belə temperatur 2002-ci və 2012-ci ildə müşahidə olunub:

“Həmin illərdə noyabr ayında havanın orta temperaturu normadan 1,5 dərəcə yuxarı olub. Bu gün də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-23 dərəcədir. Gün ərzində havanın arabir tutulacağı, dəyişkən buludlu və küləkli hava şəraiti müşahidə olunacaq. Lakin axşama doğru külək mülayimləşəcək.

Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Noyabrın 7-də havanın temperaturu 18-22 dərəcə olacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi müşahidə olunacaq.

Gündüz saatlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan yağacağı, şimşək çaxacağı və yüksək dağlıq ərzilərdə qar yağacağı ehtimalı var. Bölgələrdə arabir duman olacaq, qərb küləyi güclənəcək”.

Asif  Verdiyev noyabrın 8-nə olan hava proqnozunu da açıqlayıb.

Bildirib ki, noyabrın 8-də isə hava temperaturu 17-22 dərəcə isti olacaq:

“Gün ərzində dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Ayın 8-də də bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında Şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Aran rayonlarında isə havanın temperaturu gündüz 19-24 dərəcə, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq.

Hazırda havanın kəskin şəkildə dəyişməsi hələ ki gözlənilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7173
avatar

Arzu Qurbanlı

Oxşar yazılar