Xərçəngə qarşı vaksin bu tarixdən tətbiq olunacaq
26 noyabr 2023 19:07 (UTC +04:00)

Xərçəngə qarşı vaksin bu tarixdən tətbiq olunacaq

Koronavirusa qarşı vaksini hazırlaması ilə məşhurlaşan Almaniyanın “BionTech” şirkətinin qurucusu Uğur Şahin xərçəngə qarşı vaksin üzərində çalışdıqlarını bildirib.

Lent.az-ın xəbərinə görə, Uğur Şahin “Bild am Sonntag”-a müsahibəsində bildirib ki, 2025-2029-cu illərdə bu sahədə aparılan tədqiqatların nəticələri məlum olacaq.

Uğur Şahin xərçəngə qarşı hər fərd üçün ayrıca hazırlanacaq mRNA əsaslı vaksinlərin 2030-cu ildən əvvəl qeydə alınacağına ümid etdiyini söyləyib: “Xəstədən qan və xərçəng nümunəsi alırıq və 4 həftə sonra fərd üçün xüsusi vaksin hazırlayırıq. İldə sadəcə 100 deyil, 10 minlərlə xəstə üçün belə vaksin hazırlaya bilərik”.

Qeyd edək ki, oktyabr ayında xərçəngə qarşı vaksinin və CAR T hüceyrə terapiyasının kombinasiyası ilə bağlı klinik tədqiqatın ilkin nəticələri açıqlanıb. Uğur Şahin nəzərə çatdırıb ki, aparılan tədqiqat zamanı demək olar ki, bütün xəstələrdə xərçəng şişlərinin böyüməsi dayanıb və xəstələrin 2/3-də şişlər kiçilib: “Bu kombinasiya immun sisteminin “xüsusi savaşçılar”dan ibarət bir ordu ilə xərçəng hüceyrələrini tapıb məhv etmək potensialına sahibdir. Şiş daha kiçikdirsə, immunterapiyaya başlayıb qalan xərçəng hüceyrələrini müalicə edə bilərik. Gələcəyin strategiyası bu fərqli müalicələrin kombinasiyasıdır. Həm də qarşıdakı bir neçə ildə klassik kimyəvi terapiya yerinə hədəfə yönəlik olan ADCS-nin istifadə ediləcəyinə əminəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6603
avatar

Oxşar yazılar