Azərbaycanlı rəssam Ramal Kazımov Xocalı soyqırımının ideoloqlarından biri Zori Balayanı ittiham edən əsər yaradıb. Lent.az-ın məlumatına görə, rəssam əsərində Zori Balayanı dinc insanların, uşaqların qatili kimi təqdim edir.
Gənc rəssam Ramal Kazımov “Birləşən Körpülər”, “Almaniya Azərbaycan rəssamlarının gözü ilə”, “Ön Söz” və digər sərgilərdə iştirak edib.
Xatırladaq ki, Zori Balayan barədə Xocalıdakı qətliama görə Azərbaycan Respublikası Prokurorluğunun açdığı cinayət işi üzrə axtarış elan edilib.
Zori Balayan azərbaycanlı rəssamın gözü ilə
0
0
0
0