Altı yaşlı Zöhrənin yardıma ehtiyacı var. Lent.az xəbər verir ki, o, eşitmə və danışma qabiliyyətindən məhrumdur. Anasının sözlərinə görə, Zöhrəyə uzunmüddətli müayinələrdən sonra “ikitərəfli 4 dərəcəli sensonevral tipli eşitmə azlığı” diaqnozu qoyulub. Uşağın xəstəliyi 1 yaş 5 aylığından özünü biruzə verməyə başlayıb: “Balam 11 ildən sonra mənə analıq hissini yaşatdı. Amma bu sevinc çox çəkmədi, ailəm dağıldı. Lakin bununla da bitmədi, 5 ildir ki, körpəm Zöhrəm mənim səsimə möhtacdır. Mən isə “ana” kəlməsinə möhtacam”.
Zöhrənin əməliyyatı üçün maddi dəstəyə ehtiyac var. Onun bir qulağına inplant qoyulması üçün 30 000 AZN lazımdır. Əgər əməliyyat tez bir zamanda həyata keçirilməsə 6 yaşlı qız heç vaxt nə eşidəcək, nə də danışacaq.
Yardım etmək istəyənlər üçün:
- MilliÖn
- Banklar
- AGBank
- Cari hesablara mədaxil
- id: 324578
- Doğum tarixi: 14 01 1978
Zöhrəyə kömək etmək istəyənlər onun anası Sevinc xanımla əlaqə saxlaya bilərlər: Tel: 055 741 4943