“Hazırda Zığ və Masazır sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
O bildirib ki, Masazır sürüşmə sahəsindəki mövcud çatların enində müəyyən genişlənmələr müşahidə olunur: “Son günlər atmosfer yağıntıları düşməsə də, torpaq qatında quraqlıqdan genişlənmələr baş verir. Bununla bərabər, sürüşmə prosesinin özündə də müəyyən qədər aktivlik var”.
R. Həsənov qeyd edib ki, Dağüstü park və Şəhidlər xiyabanında quraşdırılmış mayaklara hər hansı bir dəyişiklik qeydə alınmayıb.