Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev hadisə yerində
19 may 2015 21:59 (UTC +04:00)

Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev hadisə yerində

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və  fövqəladə hallar  naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanmış binanın ərazisinə gəliblər.

 

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.   

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.

 

Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.

 

Qeyd edək ki,fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Oxşar yazılar