“Bakı Şəhər Təhsil İdarəsinin qaynar xəttinə edilən müraciətlər əsasən sorğu xarakterli olub”. Bunu Lent.az-a açıqlamasında İdarənin sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, müraciət edən vətəndaşlar I sinfə vaxtından əvvəl uşaqların qəbulu ilə bağlıdır.
Z. Əliqızı onu da vurğulayıb ki, sentyabrın ilk on günlüyündə Bakı təhsil işçilərinin ənənəvi konfransı keçiriləcək: “Həmin konfransda ötən ilki tədris mövsümündə əldə edilən nailiyyətlər müzakirə ediləcək. Bundan əlavə, növbəti tədris ilində narahatlıq doğuran məsələlərin də müzakirəsi planlaşdırılır ” .