Zaqatalada bir ailənin 6 üzvünün zəhərlənmə səbəbi qarpız deyil - <span style="color:red;">RƏSMİ
08 iyul 2015 15:51 (UTC +04:00)

Zaqatalada bir ailənin 6 üzvünün zəhərlənmə səbəbi qarpız deyil - RƏSMİ

Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev  bu gün informasiya agentliklərində yer alan Çobankol kənd sakini olan Musayevlər ailəsinin altı üzvünün qarpızdan zəhərlənməsi xəbərinə aydınlıq gətirib.

İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, ailənin zəhərlənmə səbəbi qarpız olmayıb:  “Zəhərlənən ailəyə qoyulan ilkin diaqnoz mikrobioloji diaqnozdur. Yəni bu ailə qida mikroblarından zəhərlənib. Tarlada yetişən qarpızın tərkibində isə hansısa qida mikrobunun olması mümkünsüzdür. Diaqnoza görə bu, qidadan keçən mikroblarla baş verən zəhərlənmədir. Qidada olan infeksiya törədici mikroblar toksinlərdən ayrılaraq orqanizmə düşür və zəhərlənməyə səbəb olur ”.

İ.Abdullayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə bu halın daha ətraflı araşdırılmasına göstəriş verildiyini də deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Fərizə Əhmədova

Oxşar yazılar