Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
20 avqust 2015 18:36 (UTC +04:00)

Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə

0

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, bütün cəbhəboyu ərazilərdə tikintiləri icra edən heyətlə görüşən müdafiə naziri görülən işlərin keyfiyyətinə ciddi nəzarətin olunması, şəxsi heyət üçün nəzərdə tutulan tam infrastrukturla təmin ediləcək müasir tipli hərbi şəhərciklərdə inşaat işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.


Müdafiə naziri ön xətdə yerləşən hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb, eləcə də hərbi qulluqçularla birlikdə nahar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar