Zahid Oruc - millət vəkili
Mövzu: Dağlıq Qarabağ münaqişəsi: Beynəlxalq reaksiya
"Qələbənin kiçiyi, böyüyü olmaz, qələbə qələbədir, böyük hadisələr də belə qələbələrdən törəyir"
"Azərbaycan əsgəri vətəndaşımızın düşündüklərini, arzuladıqlarını etdi"
"Azərbaycan əsgəri fərqli bir tarix yazdı"
"Əsgərimiz erməniyə göstərdi ki, Azərbaycan torpağında qazdığı səngər onun üçün qəbirə çevrilə bilir"
"90-cı illərdən fərqli olaraq Azərbaycan ordusu pərakəndə şəkildə deyildi və ermənilərin də vahidliyinin saxta mifologiya olduğu bəlli oldu"
"Azərbaycan ordusu təzyiqləri bir neçə gün də davam etdirsəydi, erməni
silahını Sərksiyana çevriləcəkdi"
"Bu olaylarda Rusiya da balanslı siyasət nümayiş etdirdi"
"Heç bir qurum Azərbaycanı öz torpaqları uğrunda döyüşməkdə ittiham eləmədi və eləyə də bilməz"
"Geri qaytarılan hərbi yüksəkliklər siyasi yüksəkliklər yaradacaq"
"Əsgər uğur qazanır, siyasətçinin də borcudur ki, onu qorumağı bacarsın"
"Bu olaylardan sonra erməni cəmiyyətində siyasi dərinləşmələr artacaq"
"Müharibə təkcə səngərdə getmirdi, informasiya savaşı da gedirdi"
"Biz həmişə realist mövqedə olmuşuq və beynəlxalq aləmdən də istədiyimiz sadəcə əsgərimizin etdikləri idi"