Yenidən qurulmuş yol sürücülərin ixtiyarına verildi
29 may 2015 15:42 (UTC +04:00)

Yenidən qurulmuş yol sürücülərin ixtiyarına verildi

I Avropa Oyunları öncəsi Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu çərçivədə Hövsan yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub. Lent.az ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yol hər iki istiqamətə 3 olmaqla 6 zolaqdan ibarətdir. Ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki tərəfdə 2 metr enində səkilər də qurulub. Ümumilikdə 37 min kvadrat metr sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2600 paqon metr səki daşı düzülüb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

 

Ərazidə yeni dairə də inşa edilib. “BakuBus” avtobuslarının dairə vasitəsi ilə geriyə hərəkət etməklə dayanacağa daxil olması təmin edilib. Bundan başqa yenidənqurulmuş yol vasitəsilə nəqliyyat vasitələri avtomobil tunelindən keçməklə şəhər istiqamətinə, sağ qanadla hərəkət etməklə isə “Beton yol”a çıxaraq Mərdəkan istiqamətinə rahat və maneəsiz şəkildə hərəkət edə bilərlər.

 

Artıq sözügedən yolda son tamamlanma işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılır, yol kənarları abadlaşdırılır.

 

A.Nobel prospekti və Zığ dairəsində də abadlıq işləri həyata keçirilir. Prospekt boyunca yolcizgi və yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri həyata keçirilib, ayrıcı zolaqlar və yol kənarları isə abadlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Oxşar yazılar