Yeni nazir 53 nömrəli məktəbdəki insidenti araşdırıb
26 aprel 2013 21:33 (UTC +04:00)

Yeni nazir 53 nömrəli məktəbdəki insidenti araşdırıb

Bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə dünən baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XI «b» sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib.

 

Görüşdə nazir tərəfindən Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillərin əsasına qurulmasının vacibliyi vurğulanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2573
avatar

Oxşar yazılar