Gədəbəydə bir ailə qəzaya düşdü:  sürücünün arvadı öldü, oğlu yaralandı
14 oktyabr 2026 10:55 (UTC +04:00)

Gədəbəydə bir ailə qəzaya düşdü: sürücünün arvadı öldü, oğlu yaralandı

0

Gədəbəydə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Çanaqçı kəndi ərazisində qeydə alınıb.

37 yaşlı Ələkbərov Şükür Yapon oğlunun “VAZ 2107” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücünün sərnişini olan arvadı, 33 yaşlı Ələkbərova Səyyarə Əhliman qızı hadisə yerində ölüb. 10 yaşlı oğlu Əli isə xəsarət alıb.

Avtomobildə həmçinin ailənni 12 yaşlı qızı Əsli və 14 yaşlı qızı Əsmər də olub.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar