<b>Yaz havası, arabir yağış..</b>
12 aprel 2016 12:15 (UTC +04:00)

Yaz havası, arabir yağış..

 

Aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.  Cənub-qərb küləyi günün ikinci yarısında güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 9-12 dərəcə, gündüz 17-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.   

Havanın temperaturu Aran rayonlarında gecə  8-13, gündüz 19-24 dərəcə isti, dağlıq rayonlarda gecə  2-6,  gündüz 13-18 dərəcə isti olacaq.

Aprelin 13-14-də Abşeron yarımadasında gözlənilən mülayim yaz havası meterohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Fərizə Əhmədova

Oxşar yazılar