1 yaşlı Vahidə kömək edək
01 iyun 2015 16:00 (UTC +04:00)

1 yaşlı Vahidə kömək edək

1 yaşlı Məmmədli Vahid Elşən oğlu anemiyadan əziyyət çəkir. Valideynlərinin Lent.az-a verdiyi məlumata görə, körpənin sol gözü, burnun sol dəliyi doğuşdan yoxdur. Həmçinin, Vahidin sağ qulağının yuxarı seyvanı da bağlıdır. Sinəsində də dərin çöküntü var. Qüsurlu gözünün yaş kanalından daim çirk gəlir. Bu da, əməliyyat olunmadığı təqdirdə beynində bir sıra fəsadlara yol aça bilər.

2014-cü il mayın 14-də 1 yaşlı VahidUcar rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açmış Vahidin valideyninin sözlərinə əsasən, xəstəxanasının həkimləri uşaq dünyaya gəlməmişdən əvvəl hər şeyin yaxşı olduğunu, uşağın ana bətnində normal inkişaf etdiyini bildiriblər. Vahidin anası Şəlalə ona baxan həkimdən USM müayinəsi tələb etsə də, həkim deyib ki, lazım deyil, hər şey yaxşıdır. Ş. Məmmədova hamiləlik dövrünün 8 ayına qədər heç bir USM müayinəsinə getməyib.  Bir neçə kurs güclü antibiotiklər müalicəsi aparıb.

Vahidin atası Elşən Məmmədov ata olduğuna ürəkdolusu sevinə bilməsə də, şükür etdiyini deyir: “O, mənim övladımdı. Sadəcə, onun gələcəyindən narahatam. Oğlumu normal görkəmli insan kimi cəmiyyətə qazandırmağım üçün sizin köməyinizi ehtiyacım var. Vahid tezliklə gözündən əməliyyat olunmalıdır. Sol gözünün yuvası böyüdülərək protez qoyulmalıdır”.

 

Bu əməliyyat ancaq Türkiyədə mümkündür. Vahid tezliklə əməliyyat olunmasa, göz olmayan dəlikdəki çirk, beyninə vuraraq onun ölümünə səbəb olacaq.

 

Kömək etmək istəyənlər, uşağın atası - Məmmədov Elşənlə əlaqə saxlaya bilərlər: (055) 589 06 08

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181

Oxşar yazılar