Prezident İham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci Polis Bölməsində müvafiq qərargah yaradılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın baş vermiş binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 9.00-dan 19.00-dək (nahar fasiləsi olmadan) Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng edə bilərlər:
(012) 590-64-33 - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin "Qaynar xətti";
(012) 563-56-97 - Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;
(012) 406-02-02 - Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsi;
(012) 436-05-02 - Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi.