Yağmursuz hava, 18 dərəcə isti – <span style="color:red;">SABAH
03 fevral 2016 12:23 (UTC +04:00)

Yağmursuz hava, 18 dərəcə isti – SABAH

 

Fevralın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin  əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.       

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə, gündüz  12-16 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz əsasən dağlıq  ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12  dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar