Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun 30-da gözlənilən hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, iyulun 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 30-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.