<b>Yağış, külək, 28 dərəcə isti –</b><span style="color:red;"> Sabah
24 may 2016 12:21 (UTC +04:00)

Yağış, külək, 28 dərəcə isti – Sabah

 

Mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda əsasən yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 23-28, dağlıq rayonlarda gecə 5-10,  gündüz 12-17 dərəcə isti olacaq.

 

Tibbi xəbərdarlığa gəlincə isə,  mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ayın 26-27-də meteoroloji amillərin  zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar